“TÜRK-İŞ”in genel başkanı Ərgün Atalay AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə məktub ünvanlayıb

362

Məktubda deyilir:

“Əziz qardaşım! Həm kədər, həm də qürurla qeyd etdiyimiz 27 Sentyabr – Anım Günü ölümsüz qəhrəmanlarımızın əziz xatirəsinə və şəhid ruhlarına bəslənən milli hörmətin ən önəmli nümunələrindən biridir.

Azərbaycan xalqı 30 il boyunca Ermənistanın işğal siyasətinə qarşı mübarizə apardı və ərazi bütövlüyünün bərpası üçün əlindən gələni əsirgəmədi. Ermənistan işğal etdiyi Qarabağ və ətraf ərazilərdə təxminən 30 il boyunca silahlı iğtişaşlar törədir və dinc sakinləri qətlə yetirildi. Torpaqlarını işğaldan azad etmək üçün Azərbaycan dövləti Ermənistan tərəfindən törədilən xain təxribatlara ən sərt cavabı 44 günlük müharibə ilə cavab verdi və düşməni susdurdu.

İkinci Qarabağ Zəfərini qeyd etdiyimiz günlərdə erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərinə mütəmadi şəkildə atəş açmış, əraziləri minalamaqda davam etmişdir. Bu təxribatlara cavab olaraq sentyabrın 19-da separatçılara qarşı antiterror əməliyyatlarına başlanıldı. Təxribatçı dəstələrə ağır zərbələr endirildi. 23 saat davam edən antiterror tədbirləri nəticəsində bütün ərazilər nəzarət altına alındı. İkinci Qarabağ müharibəsində gücünü göstərən qüdrətli Azərbaycan birgünlük uğurlu əməliyyatla suveren torpaqlarında “boz zona” yaradılmasına icazə verməyəcəyini bir daha bütün dünyaya sübut etdi.

27 sentyabr İkinci Qarabağ Zəfərinin üçüncü ildönümü ərəfəsində sentyabrın 19-da başlayan və bir gün davam edən antiterror əməliyyatlarında dost və qardaş ölkə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən müharibəsi şəhidlərimizə bir daha rəhmət diləyir və qazilərimizə şükranlığımızı çatdırırıq. Yaşasın Azərbaycan dövləti və qəhrəman övladları…”