SİHİRK seminar keçirib

595

Sentyabrın 12-də Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin (SİHİ RK) “Gender bərabərliyi və qadın problemləri üzrə Komissiya”sı Şəmkir rayonunda “Erkən və məcburi nikah sosial həyatın aktual problemi kimi” mövzusunda zona seminarı keçirib.
Tədbirdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının işçiləri, həmçinin Gəncə şəhər, Tovuz, Qazax, Göygöl, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının 60-dan çox fəal həmkarlar ittifaqı üzvü iştirak edib.Tədbirdə çıxış edən Komitənin Təşkilat şöbəsinin müdiri, AHİK-in “Gender bərabərliyi və qadın problemləri üzrə Komissiyası”nın sədr müavini Elnarə Muradova cəmiyyətimizin aktual problemi olan erkən nikah və onun fəsadları barədə danışıb.

AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov, beynəlxalq təşkilatlarla iş sektorunun müdiri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Qadınlar komitəsinin vitse-prezidenti, PARŞ-ın Qadınlar komitəsinin prezidenti Röya Qarayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov, SİHİ RK-nın beynəlxalq əlaqələr üzrə mütəxəssisi, psixoloq Mirzəhra Mürsəlli, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu HİK-nın sədri Kəmalə Heydərova qoyulan mövzu ətrafında çıxışlar ediblər.
Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.