Əmək və Sosial Münasibətlər Akademiyası dekan, kafedra müdiri və müəllim vəzifələri üzrə müsabiqə elan edib

516

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası dekan və kafedra müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir:
1. Maliyyə-İqtisad fakültəsi-dekan
2. İqtisadiyyat və idarəetmə kafedrası – kafedra müdiri

Müsabiqədə iştirak etmək istəyənlərin dekan vəzifəsinə fakültənin, kafedra müdiri vəzifəsinə isə müvafiq kafedranın profilinə uyğun yüksək, peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri olmalıdır. Sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 noyabr 2017-ci il tarixli, 5/5 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən elan dərc olunandan bir ay müddətinədək Akademiyaya təqdim edilməlidir.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan edir:
1. Mikroiqtisadiyyat – 1 ştat
2. Makroiqtisadiyyat – 0,5 ştat
3. Marketinq – 1 ştat
4. Menecment – 0,5 ştat
5. Dövlət qulluğu etikası – 0,5 ştat
6. İştehlakçı davranışları – 0,25 ştat
7. Elektron ticarət, Pərakəndə ticarət – 0,25 ştat
8. Turizm planlaşdırılması və turizm siyasəti – 0,5 ştat
9. Sosiologiya – 0,5 ştat
10. Akademik yazı – 0,5 ştat
11. Sosial pedaqogika – 0,25 ştat
12. Gənclərin məşğulluğu və onun tənzimlənməsi – 0,5 ştat
13. Sosial təminat – 0,25 ştat
14. Maliyyə uçotu – 1 ştat
15. Maliyyə hesabatlılığı – 0,25 ştat
Müəllim vəzifələrinin müsabiqəsində iştirak etmək istəyənlərin müvafiq ixtisas üzrə elmi dərəcələri olmalıdır. Sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 7 avqust 1996-cı il tarixli, 401 saylı əmri ilə təsdiq edilmiş qaydalara əsasən elan dərc olunandan bir ay müddətinədək Akademiyaya təqdim edilməlidir.
Telefonlar: 563-13-07, 563-15-40.
Ünvan: AZ 1130, Bakı şəhəri, Azadlıq prospekti 181.