AHİK sədri Səttar Möhbalıyev İkinci şəhidlər xiyabanını ziyarət edib

499

Sentyabrın 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş əsgər və zabitlərimizin ildönümü münasibətilə İkinci şəhidlər xiyabanını ziyarət edib.

Torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. AHİK sədri həmçinin xiyabanda şəhid ailələrinin üzvləri ilə görüşüb, başsağlığı verib, qayğıları ilə maraqlanıb.