KTN BHİK Aqrar Xidmətlər Agentliyində tədbir keçirib

622

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) tərəfindən Aqrar Xidmətlər Agentliyinin kollektivi ilə görüş keçirilib.
Görüşdə çıxış edən BHİK-nın Təşkilat şöbəsinin müdiri Anar Tağıyev isti hava şəraitində iş sisteminin tənzimlənməsi qaydaları haqqında danışıb. Bildirib ki, havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığını qorumaq məqsədilə zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir: “Aqrar sektorda işləyənlərin əksəriyyəti günorta saatlarında açıq havada tarlarda çalışır. İşəgötürənlərə və fermerlərə tövsiyə olunur ki, günün müəyyən saatlarında, misal üçün saat 13:00-dan 17:00-a qədər açıq havada, istərsə də sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işləri dayandırsınlar. İşçilərə fasilələr verilməli, fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır”.

A.Tağıyev qeyd edib ki, ittifaq üzvlərinin istirahətlərinin səmərəli təşkili üçün həmkarlar ittifaqı təşkilatı tərəfindən tədbirlər görülməlidir.
Görüşdə həmçinin iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Sonda Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimova doğum günü münasibətilə BHİK-nın fəxri diplomu təqdim olunub.