Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı

637

“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 22 iyun tarixli 328-06/S nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 22 iyun tarixli 328-06/S nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

1.1 adında və mətnində “dəstək fondunun” sözlərindən sonra “(“Dəstək” Fondu)” sözləri əlavə edilsin;

1.2 aşağıdakı şəxslər Himayəçilik Şurasının tərkibinə daxil edilsin:

“Abdullayev Qəzənfər İsmayıl oğlu

Tahirli Sahil Abdulla oğlu”

  1. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

sədrinin birinci müavini Azər Zeynalov

 

Naxçıvan şəhəri, 04 iyul 2023

№329-06/S