AƏSMA-da elmi-praktiki konfrans keçirilib

558

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə -iqtisad” fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” adlı tələbə elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş nitqi ilə Akademiyanın “Tədris və elmi işlər” üzrə prorektoru professor F.F.Möhbalıyev açaraq H.Əliyevin həyat və yaradıcıllığından geniş bəhs etmişdir. Daha sonra Maliyyə və mühasibat uçotu kafedrasının müəllimlərinin hazırladıqları tələbələr – Eyvazova Minəxanım,Qəhrəmanlı Fuad, Məmmədova Fatimə, İsmayılova Arzu , Hüseynova Günəş, Qurbanova Aysel, Qədirova Xəyalə , Allahverdiyeva Aynurə, Məmmədova Rəqsanə, Məmmədova Röya müxtəlif mövzularda təqdimatlar edib.

Konfrans zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilmişdir. Konfransın sonunda “Maliyyə -iqtisad” fakültəsinin dekanı dosent H.Ə.Mirzəyeva tələbələrə minnətdarlığını bildirərək iştiraklarına görə sertifikatlarla təltif edib.