“İnşaat-İş” Həmkarlar İttifaqının İnşaatçılar Günü ilə əlaqədar növbəti iclası keçirilib

510
Azərbaycan “İnşaat-İş” Həmkarlar İttifaqının 10 Aprel – İnşaatçılar Günü ilə əlaqədar növbəti iclası keçirilib.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurumun sədri Umud Hüseynov qeyd edib ki, Azərbaycan inşaatçisi bütün tarixi inkişaf mərhələlərində ölkəmizin firavanlığı naminə öz səylərini əsirgəməyərək maddi deyərlər yaratmış və gələcək nəsillərə miras qoyub. İnşaatçılarımızın əməyinin bəhrəsi olan müxtəlif təyinatlı binalarda Azərbaycan memarlığının özünəməxsus koloriti,tariximizin zənginliyi və müasirlik elementləri öz əksini tapıb.

Sonda fəal ittifaq üzvləri fəxri fərmanla təltif ediliblər.