Kənd Təsərrüfatı Nazirliyinin gənc əməkdaşları təltif olunub

1280

Kənd Təsərrüfatı Nazirliyində 2 fevral – Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış edərək Gənclər Günü münasibətilə kollektivi təbrik edib, dövlətimizin gənclər siyasətinin uğurlu nəticələrindən söz açıb. Bildirib ki, Azərbaycan gəncliyi istedadı, bilik və bacarığı, vətənpərvərliyi ilə seçilir. Məhz onlarda olan Vətən sevgisi 44 günlük müharibədə özünü daha qabarıq göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz işal altında olan Şərqi Zəngəzuru və Qarabağı böyük qəhrəmanlıqlarla azad etdilər. Vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi qüdrətli bir ölkənin vətəndaşlarıdır.

Sonra Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini İlham Süleymanov çıxış edərək gənclərimizin istər elm və təhsil,  istərsə də mədəniyyət və idman sahəsində qazandıqları nailiyyətlərdən danışıb.

Sonda ötən il Nazirliyin fərqlənmiş bir qrup işçisinə fəxri fərmanlar verilib.