Aqrar sahədə çalışan işçilər arasında şahmat və dama yarışı keçirilib

1208

Fevralın 1-2-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Dama Federasiyası və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə aqrar sahədə çalışan əməkdaşlar arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şahmat və dama turniri keçirilib.

“Heydər Əliyev İli” ilə bağlı təbirlər çərçivəsində keçirilən yarışlarda Kənd Təsərrüfatı Nazirliyi Aparatının, yerli qurumların, eləcə də “Aqroservis” ASC, Dövlət Toxum Fondu, elmi-tədqiqat institutlarının nümayəndəri, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığota Fondu, Aqrar Tədarük və Təchizat ASC, Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları iştirak ediblər. Gərgin mübarizə şəraitində keçən şahmat yarışında  “Aqroservis” ASC-nin əməkdaşı İman Tarıverdiyev 1-ci yeri, Aqromexanika Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Elbrus Paşayev 2-ci yeri, 1 saylı DAİM-in direktoru Tərlan Məmmədov isə 3-cü yer qazanıb.

Dama yarışında isə Siyəzən DAİM-in direktor müavini Elçin Səfərli 1-ci yeri, Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı Elçin Dadaşov 2-ci yeri, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Qəzənfər Kazımov isə 3-cü yeri tutub.

Qaliblərə kubok, medallar və pul mükafatı verilib.