Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan gənclərini təbrik edib

865

Təbrikdə deyilir:

“2 fevral – Gənclər Günü münasibəti ilə Azərbaycan Respublikasının bütün gənclərini səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin güclü tərəqqisi naminə yeni-yeni nəaliyyətlər arzulayırıq!

Ümummilli lider heydər Əliyev həmişə Azərbaycan gənclərini ağıllı, güclü, mətin iradəli, savadlı, məntiqli və müstəqil görmək istəyirdi. Əlbəttə, həmin istəklə də Ulu öndər 1994-cü ilin iyununda ölkədə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzaladı.

30 ilə yaxındır ki, ölkədə elm, təhsil, hüquq, idman, sosial-iqtisadi, mədəniyyət, incəsənət və başqa sahələrdə yüksək intellektual səviyyəli gənclərimizin sayı daha da artır və gənclik müasir cəmiyyətimizin ən aparıcı qüvvəsinə çevrilir.  Biz qürur duyuruq ki, gənclərimiz bu gün olimpiya oyunlarında himnimizi səsləndir, üç rəngli bayrağımızı şövqlə göylərə qaldırır, ölkəmizin hərtərəfli inkişafında yaxından fəallıq göstərir, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətini yekdilliklə bəyənir və müdafiə edirlər.

Bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan gənclərinin misilsiz qələbələri bütün dünyaya səs salmaqdadır. 44 günlük Vətən müharibəsində Milli Ordumuzun gənc zabit və əsgərləri göstərdikləri döyüş, vətənpərvərlik və qəhramanlıq ruhu bütün dünya gənclərinə əsl örnək oldu.

Biz hamımız cəsur gənclərimizin gücünə arxalanaraq bir daha ucadan deyirik:

Qarabağ Azərbaycandır!

Biz inanırıq ki, bu gün Azərbaycanda gənclər siyasəti müstəqil dövlətimizin ən əsas və ən mühim tərkib hissəsidir. Şübhəsiz, gənclərimiz müasir cəmiyyətimizin demokratik inkişaf prosseslərinin sürətləndirilməsində, Azərbaycanın çiçəklənməsində daha da avanqard qüvvəyə çeviriləcək.

Biz ölkənin gənclər siyasətinə həmişə dəstək verir, gənclərlə mühim layihələr həyata keçirir və xoşməramlı missiyalara imza atırıq.

Azərbaycan gəncləri Sizi bir daha təbrik edirəm.

Bayramınız mübarək!”