AHİK-in rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət edib

988

Sovet imperiyasının Bakıda törətdiyi qanlı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.