Şəhid ailələri ziyarət edilib

666

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası Müzəffər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir.

Federasiya himayəsində olan  şəhid ailələrini daim diqqət mərkəzində saxlayır, bütün bayramlarda və əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır. “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə Federasiyanın Aparat rəhbəri – Rüfət Bürcəliyev, maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov  Ağsu rayonuna, Mingeçevir şəhərinə və  Qazax rayonuna səfər etmiş, şəhid ailələrini ziyarət etmişdirlər.

Şəhidlərin ailə üzvləri ilə söhbətləşən Federasiyanın məsul işçiləri və Sahə Hİ Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov  onların qayğıları ilə maraqlanıb, problemlərini dinləyib.

Bayram ərəfəsində “Kənd-Qida-İş” Hİ Federasiyasına daxil olan  müraciətlərə   əsasən  aztəminatlı ailələrə bayram sovqatları paylanılmışdır.