Şəhid ailələri və qazilər hər zaman AHİK-in diqqətindədir

625

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bir qrup Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları və qaziləri, şəhid ailələrinin üzvləri, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.

Görüşdə iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edən AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.

Görüş iştirakçılarına bayram sovqatları verilib, maddi-mənəvi dəstək göstərilib.

Qeyd edək ki, AHİK sədri bundan öncə də belə görüşlər təşkil edib, şəhid ailələrinin, qazilərin, veteranların qayğıları ilə maraqlanıb.