NRYTİHİ Respublika Komitəsinin onlayn formatda plenumu keçirilib

581

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (NRYTİHİRK) onlayn formatda plenumu keçirilib. Öncə Komitənin sədri Rəşad Səfərov gündəliyə çıxarılan məsələlərlə bağlı iştirakçıları tanış edib. R.Səfərov əmək qanunvericiliyinə əməl edilməsi və kollektiv müqavilələrin yerinə yetirilməsi vəziyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi işçilərin əmək və sosial iqtisadi hüquqlarının müdafiə olunmasıda fəaliyyətlərini ildən ilə artırır, əməyin mühafizəsinə, işçilərin sağlamlığının qorunmasına, istirahətlərinin təşkilinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, Respublika Komitəsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında 2022-2024-cü illər üçün Sahə Kollektiv Sazişi bağlanıb. Bu sazişdə işçilər üçün əlavə sosial təminatlar nəzərdə tutub, bu da onların əmək və sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Plenumda geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.