“Gender bərabərliyinə etibarlı hüququ zəmin” mövzusunda seminar keçirilib

843

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİHİ RK) “Gender bərabərliyi və qadın problemləri üzrə” Komissiyasının “Gender bərabərliyinə etibarlı hüququ zəmin” mövzusunda seminarı keçirilib.

Tədbirdə “Gender bərabərliyi və qadın problemləri üzrə” komissiyaların sədrləri, MİHİ RK-nın və üzv təşkilatların nümayəndələri iştirak ediblər.

MİHİ RK-nın sədri Adil Atakişiyev çıxışında gender bərabərliyindən, dünyada və ölkəmizdə bu istiqamətdə görülən işlərdən, qadınlara və kişilərə yaradılan bərabər imkanların müsbət nəticələrindən, bu siyasətin cəmiyyətin inkişafına verdiyi töhfələrdən, beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərarlardan, dünyada bu sahədə mövcud olan problemlərdən və qarşıda duran vəzifələrdən danışıb. A.Atakişiyev həmçinin ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün keçirilən ardıcıl tədbirlərdən, Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunmasından, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirakından, ölkə idmanının inkişafına verdikləri böyük töhfələrdən bəhs edib.

F.Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbinin HİK sədri Günel Qarayeva və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin HİK sədri Samirə Abbasova gender bərabərliyi və qadın problemləri ilə bağlı görülən işlər, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Sonda geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi