Həmkarlar ittifaqları kollektivlərlə görüşləri davam etdirir

825

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədovun növbəti görüşü Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun kollektivi ilə olub. Görüşdə həmkarlar ittifaqının üzərinə düşən vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsində həyata keçirilən tədbirlərdən söhbət açılıb. F.Məmmədov qeyd edib ki, üzvlərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli təşkili, onlar üçün layiqli iş şəraitinin yaradılması, əmək hüquqlarının qorunması məsələləri həmkarlar təşkilatlarının daim diqqət mərkəzindədir. Bu sahədə bütün imkanların səfərbər olunması üçün səylə çalışacaqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində institutun Toxumçuluq şöbəsinin müdiri Şakir Quliyevə həmkarlar ittifaqı tərəfindən diplom və qiymətli hədiyyə təqdim edilib. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitu İdarə Heyətinin sədri Elmar Allahverdiyev elm sahəsində çalışan insanlara göstərilən diqqət və qayğıya görə Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə və onun rəhbərliyinə təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb. Yubilyar və digər çıxış edənlər görüşdən məmnun qaldıqlarını bildirib, bunu əməyə verilən qiymət kimi dəyərləndiriblər.

 

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi