Ağsu və Mingəçevirdə şəhid ailələri ziyarət olunub

637

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə daim dəstəyini göstərir. Federasiya himayəsində olan iki şəhid ailəsini hər zaman diqqətdə saxlayır, bütün bayramlarda və digər əlamətdar günlərdə onlar ziyarət olunur, sovqatlar və yardımlar paylanılır.

Zəfər Günü münasibətilə Federasiyanın Aparat rəhbəri Rüfət Bürcəliyev, Maliyyə şöbəsinin təlimatçı-təftişçisi Fərid Qasimov və “Az-Granata” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Cabbar Məmmədov Ağsu rayonunda və Mingeçevir şəhərində şəhid ailələrini ziyarət edərək qayğıları ilə maraqlanıb, problemlərini dinləyiblər.