Səttar Möhbalıyev: “Dövlət Bayrağı Gününüz mübarək!”

534

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev milli suverenliyimizin simvolu olan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: – Azərbaycanın Dövlət Bayrağı bizim qürur mənbəyimizdir. Bizim bayrağımız azadlıq məfkurəmizi, milli mənəvi dəyərlərimizi və ümumbəşəri ideallarımızı nümayiş etdirir. 44 günlük Vətən müharibəsində məhz bu bayraq altında sıx birləşərək tarixi Zəfər çaldıq.
Azərbaycan xalqına əbədi Sülh və əminamanlıq, firavan həyat, işıqlı gələcək, yüksək rifah halı və bol-bol uğurlar arzu edirəm.

Dövlət Bayrağı Gününüz mübarək!