Naxçıvanda qazilərlə görüş keçirilib

119

Dekabrın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Naxçıvan Qaziləri” İctimai Birliyində qazilərlə görüşüb.

Görüşdə Konfederasiya sədri Azərbaycanın qəhrəmanlıq tarixindən söz açıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, şanlı Ordumuzun qüdrətindən və xalqımızın sarsılmaz birliyindən bəhs edib. Vurğulanıb ki, Vətənimizin müdafiəsində və torpaqlarımızın azadlığı uğrunda Naxçıvandan olan əsgər və zabitlərimiz qəhrəmanlıq göstərib, tarixi Qələbəyə önəmli töhfə veriblər. Dövlətimiz şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını hər zaman diqqətdə saxlayır və dəstəyini əsirgəmir.

Konfederasiya sədri bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işləri, həyata keçirdiyi sosial layihələri xüsusi ilə qeyd edib.

“Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov isə dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan və yüksək münasibətdən məmnunluqla danışıb, qazilər adından cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Eyni zamanda “Naxçıvan Qaziləri” İctimai Birliyində şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs edən guşə ilə tanışlıq olub.

Sonda xatirə şəkili çəkdirilib.