“Vətən sevgisindən Zəfər marşına” adlı tədbir keçirilib

140

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı AMEA-nın Azad Həmkarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil olunub.

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov “Qələbənin fəlsəfəsi və siyasi lider amili” mövzusunda çıxış edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev dühası güclü dövlətin hər şeyə qadir olduğunu göstərdi: “Ümummilli Lider sübut etdi ki, güclü ideologiyanın cəmiyyətə sirayət etməsi, sağlam düşüncəli vətəndaş yetişdirilməsi bu siyasətin hərəkətverici qüvvəsidir. Bunların vəhdəti qələbədir. Bu gün Qalib Lider və uğurlu siyasi varis cənab İlham Əliyevin timsalında açıq görürük ki, siyasi lider amili çox önəmlidir və həlledicidir”.

Sonda tarixi Zəfərə aparan dövlət siyasətindən bəhs edən videoçarx, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının Qarabağ müharibəsi qəhrəmanları fondunda mühafizə edilən nəşrlər elektron və ənənəvi versiyada nümayiş olunub.