Vətən müharibəsi iştirakçısı olan gömrükçülərin və şəhid ailəsi üzvlərinin Qarabağa səfəri təşkil edilib

98

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Bakı Baş Gömrük İdarəsində xidmət edən Vətən müharibəsi iştirakçılarının və şəhid ailəsi üzvlərinin Qarabağa səfəri təşkil edilib.
Səfər çərçivəsində əvvəlcə Ağdam Cümə məscidi ziyarət olunub.
Sonra Ağdam şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.
Gömrük əməkdaşları tarixi Əsgəran qalasını gəzib, Xocalı şəhərində salınan parkla tanış olublar. Xankəndi şəhəri ilə tanışlıqdan sonra Şuşa şəhərinə gələn gömrükçülər Cıdır düzü, tarixi Şuşa qalasını və İsa bulağını gəziblər.