Regionlarda əməyin mühafizəsi üzrə tədbirlər keçirilir

346

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) əməyin mühafizəsi mövzusunda zona seminarı təşkil edib.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən tədbirdə Quba, Qusar, Siyəzən və Şabran rayonlarında fəaliyyət göstərən üzv təşkilatların həmkarlar ittifaqı sədrləri və əməyin mühafizəsi üzrə mütəxəssislər iştirak ediblər. ASİHİB-nin şöbə müdiri Anar Tağıyev və texniki əmək müfəttişi Ramiz Hacıyev “Yanğından mühafizə” və “İş yerlərində təhlükələr” mövzusunda təşkil edilən təlimlərdə təhlükəli hallar zamanı görüləcək tədbirlər haqqında danışıblar.

Həmçinin tədbir çərçivəsində Quba rayonunda yerləşən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda əməyin mühafizəsi ilə bağlı monitorinq keçirilib və bu sahədə məsul şəxslərə təlimatlar verilib.