Metropoliten komandası “Qələbə qaçışı”nda iştirak edib

6

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə xeyriyyə məqsədli “Qələbə qaçışı” keçirilib.

“Qürurla irəli” devizi altında keçirilən qaçış Dənizkənarı Milli Parkda başlanaraq 10 km məsafəni əhatə edib.

Qaçışa Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə “Bakı Metropoliteni” QSC-nin 10 əməkdaşdan ibarət komandası da qatılıb.

Sadiq Həsənli (yol montyoru) 118-ci, Turan Mirzəyev (təmir sahəsinin akkumulyatorçusu) 179-cu, Samir Quliyev (rabitə sahəsinin elektrik montyoru) 209-cu, İsmayıl Babayev (eskalator ustası) 224-cü, Yunus Abdullayev (rəngsaz) 251-ci, Elməddin Xəkiyev (yol montyoru) 257-ci, Əli Mustafazadə (vaqon təmiri ustası) 268-ci, İntizam Bayramov (qazanxana maşinisti) 396-cı, Fərhad Məmmədov (mühəndis texniki qurğular dispetçeri) 453-cü və Faiq Əhmədov (Depolar üzrə iş departamentinin rəisi) 458-ci yeri tutub.

Normativlərə uyğun yerləri tutmuş bütün komanda üzvlərinə yarışın medalları təqdim olunub.