Kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqları tərəfindən mükafatlandırılıb

247

Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş yığıncaq keçirilib. Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən etdiyi vəzifələrə uyğun olaraq, aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir.

Tədbirdə digər çıxışlar da dinlənilib, ölkəmizin aqrar siyasətindən, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlardan danışılıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin bir qrup əməkdaşı xidmətdə fərqləndiyinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunublar. Həmçinin COP29 çərçivəsində ekoloji məsələlərə, ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də yaşıl enerjinin kənd təsərrüfatına təsiri mövzusuna diqqət çəkmək və tullantıların təkrar emalını təşviq etmək məqsədilə elan edilən “Kənd təsərrüfatı təbiətlə harmoniyada” müsabiqəsinin qalibləri mükafatlandırılıb.