“İlin ən yaxşı qatar maşinisti” mükafatlandırılıb

149

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi bu gün öz peşə bayramlarını qeyd ediblər. Peşə bayramı münasibətilə metropolitençilərin nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir QSC-nin Təlim Tədris Mərkəzində davam edib. QSC-nin sədri Zaur Hüseynov “Bakı Metropoliteni”nin əldə etdiyi nailiyyətlər və gələcək planlar haqqında məruzə ilə çıxış edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov isə çıxışında əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması istiqamətində qurumda görülən işlərdən söz açıb.

Bildirib ki, hər il olduğu kimi, bu il də “İlin ən yaxşı qatar maşinisti” müsabiqəsi keçirilib və qalib adına qatar maşinisti Anar Həsənov layiq görülüb.

Tədbirdə həmçinin qalib maşinist MİHİ tərəfindən mükafatlandırılıb.