Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi ilə birlikdə dünya mədəni irsinin incilərindən sayılan İçərişəhərdə olub.
Qonağa buradakı tarixi memarlıq abidələri haqqında məlumat verilib. Miniatür Kitab Muzeyindəki gəzinti və nümayiş olunan eksponatlar Erik Manzinin xüsusi marağına səbəb olub.
Sonra Konfederasiyasının sədri Sahib Məmmədov və BHİK-nın Baş katibinin müavini Erik Manzi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedərək təbii qazın çıxması nəticəsində alovlanan möcüzəni müşahidə ediblər. Qonaq tarixi abidə haqqında məlumatlandırılıb.
Erik Manzi Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib, Bakı şəhərinin gözəllikləri ilə bağlı xoş təəssüratlarını bölüşüb.