AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

178

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Şuranın kollektivi Naxçıvan şəhərində Zəfər abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri qoyulub, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.