Noyabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (DİİXİHİ RK) tərəfindən üzv təşkilat sədrlərinin və Mərkəzi Təftiş Komissiyası üzvlərinin iştirakı ilə onlayn iclas keçirilib.
İclasda sahə həmkarlar ittifaqlarının fəaliyyətinin yenidən qurulması istiqamətində görüləcək işlər və Respublika Komitəsinin fəaliyyəti, üzvlərə yollayışların verilməsində yeniliklər və təşkilati məsələlər müzakirə olunub.
Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxışında AHİK-in strategiyası, həmkarlar ittifaqları sistemində son vaxtlar görülən işlər, həmçinin strukturun təkmilləşdirilməsi, nizamnamələrə təklif olunan dəyişikliklər barədə danışıb.
Respublika Komitəsinin baş texniki əmək müfəttişi Valeh Nağıyev yollayışların bölüşdürülməsi və uçotunda yeni qaydalar haqqında iclas iştirakçılarına məlumat verib.
Həmçinin iclasda iştirakçıların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib.