AHİK-in sanatoriyalarında yerləşən COP29-un iştirakçıları – FOTO

112

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dünyada maraq çox böyükdür. Dünyanın aparıcı KİV-ləri 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçdiyi, aralarında 80 prezident, vitse-prezident və Baş nazirin də olduğu bu mötəbər tədbirə geniş yer ayırır.

COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Şıx” sanatoriyası və ”Buzovna” Fizioterapiya Mərkəzi də var. Qonaqların burada rahat işləməsi və istirahəti üçün hər cür şərait yaradılıb.

AHİK könüllüləri bu prosesdə fəal iştirak edərək COP29 iştirakçılarına yaxından dəstək olurlar.

“Şıx” sanatoriyasında və ”Buzovna” Fizioterapiya Mərkəzində yerləşən COP iştirakçıları Bakının gözəlliyindən, insanların qonaqpərvərliyindən məmnunluqla söz açıb, könüllülərin onların fəaliyyətinə verdiyi dəstəyi yüksək dəyərləndiriblər. Bildiriblər ki, COP29 yüksək səviyyədə təşkil olunub, nəticələri də iqlim dəyişmələri ilə mübarizədə olduqca faydalı olacaq.