Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb

4

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladlarını mükafatlandırıb.

Həmin kateqoriyadan olan tələbələrin hər birinə 200 manat məbləğində pul verilir.
Artıq bu günə qədər 499 tələbə qeyd olunan mükafatı alıb.