Səhiyyə sahəsində çalışan gənc həmkarlar üçün yeni layihəyə start verilib

275

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə bacarıqlı gənc həmkarlar üçün yeni layihəyə start verilib.

Daha çox gənclərin həmkarlar ittifaqları sıralarına cəlb edilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq 1 saylı Bakı Tibb Kolleci və 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələrinə master-klass təlimləri keçilib.

Sonra Tibb Universiteti Tələbə həmkarlar komitəsi, SİHİ RK və Bakı şəhə-rayon şuralarının gənc üzvləri də bu layihəyə qoşulublar. Oktyabrın 25-dən start verilən layihənin məqsədi gənclərin yaradıcılıq imkanlarını artıqmaqla yanaşı, həm də onlarda komanda işinin aşılanmasıdır.

Qeyd edək ki, layihəyə indiyədək 120 nəfər gənc həmkar üzvü qoşulub.