Cenevrədə beynəlxalq konfransda AHİK-in əməkdaşı iştirak edib

265

Oktyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə “Pekin+30” Regional Baxış Görüşü keçirilib.

Tədbirdə 56 üzv dövlətdən 150 nümayəndə, vətəndaş cəmiyyəti, gənclər, akademik dairələr və BMT-nin Avropa regionu üzrə İqtisadi Komissiyasının ekspertləri iştirak ediblər.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sektor müdiri Röya Qarayevanın Pan Avropa Regional Şurası adından regional və qlobal həmkarlar ittifaqı hərəkatının perspektivləri barədə çıxışı dinlənilib.

Həmçinin “Qadınların iqtisadi imkanlarının artırılmasının sürətləndirilməsi: dinc, ədalətli və inklüziv cəmiyyətlərə aparan yol” panelində iştirak edən Röya Qarayeva moderatorun suallarını cavablandırıb.

Qeyd edək ki, müzakirələr zamanı gender bərabərliyində əsas tendensiyalar, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının tam həyata keçirilməsi üçün yenilənmiş öhdəliklər, qadınların səlahiyyətlərinin artırılmasını sürətləndirərək dinc, ədalətli və inklüziv cəmiyyətlərə aparan yollar, həmçinin qadınların liderliyi və qərarların qəbulunda iştirakı kimi məsələlər diqqət mərkəzində olub.