Cəmiyyətimizin ən hörmətli nümayəndələri, müqəddəs peşə sahibləri – Azərbaycan müəllimi, bayramınız mübarək!
Siz öz şərəfli əməyinizi və mənalı ömrünüzü dövlətimizin, xalqımızın işıqlı sabahına, övladlarımızın sağlam və xoşbəxt gələcəyinə bağışlamısınız. Ölkəmizin hərtərəfli inkişafında və qazandığı nailiyyətlərdə Sizin gərgin zəhmətinizin dərin izləri var. Tərbiyə etdiyiniz, bilik verdiyiniz Azərbaycan övladları dövlətimizin ətrafında sıx birləşərək böyük inamla gələcəyə addımlayırlar.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzuru və Qarabağı işğaldan azad edən, Şuşaya, Xankəndinə bayraq sancan da Sizin Vətənə sədaqət ruhunda böyütdüyünüz əzmkar və mərd Azərbaycan övladlarıdır. Əvəzi heç vaxt ödənilə bilməyən xidmətləriniz qarşısında baş əyir, hər birinizə səadət dolu günlər və yetirmələrinizin uğurları ilə hər zaman sevinməyi arzulayırıq.
Bayramınız mübarək, əziz müəllimlərimiz!