“Aqroservis” ASC-nin yubiley tədbirində əmək hüquqlarından danışılıb

128

Kənd Təsərrüfatı Nazirliyinin “Aqroservis” ASC-nin yaranmasının 20 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) sədri Fuad Məmmədov və digər qonaqlar çıxış edərək kollektivi yubiley münasibəti ilə təbrik ediblər.

Bildirilib ki, Cəmiyyət respublikamızda kənd təsərrüfatı sektorunun modernləşməsi və inkişafında müstəsna rol oynayıb. Eyni zamanda ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına aqrokimyəvi maddələrin və bitki mühafizə vasitələrinin güzəştlə satışını, texnoloji avadanlıqlarının, o cümlədən suvarma sistemləri avadanlıqlarının, damazlıq heyvanların lizinq yolu ilə satışını həyata keçirib.

ASİHİB-nin sədri Fuad Məmmədov çıxışında 600 nəfərdən artıq əməkdaşı olan kollektivi əldə etdikləri naliyyətlər münasibəti ilə təbrik edib, həmçinin həmkarlar ittifaqlarının funksiyalarından, görülmüş işlərdən söz açıb, işçi hüquqlarından, layiqli əmək şəraitindən və kollektiv müqavilələrin əhəmiyyətindən danışıb.