Aqrar sahənin aktual mövzuları ilə bağlı geniş müzakirələr aparılıb

222

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə “Town Hall” formatında tədbir keçirilib.

Tədbirdə “Fermer təsərrüfatlarının dayanıqlı məlumat şəbəkəsi”, “Aqrar sahədə süni intellekt”, “Taxıl yığımının izlənilməsi sistemi” kimi innovativ layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə torpaqdan istifadə qaydaları, Zəngilanın Ağalı kəndində pilot layihə kimi icra olunan yeni parselləmə modeli ilə bağlı təqdimatlar nəzərdən keçirilib, fikir mübadiləsi aparılıb.

“İşğaldan azad edilmiş ərazilərdə aqrar siyasətinin tətbiqi və strukturlaşma” mövzusunda təşkil olunan qrup çalışması zamanı mövzu ilə bağlı maraqlı təkliflər səsləndirilib.
Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.