AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının kollektivi sərgi-satış yarmarkasında iştirak edib

143

AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtar respublikanın 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasında iştirak edib.

Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, oktyabrın 17-dək davam edəcək sərgidə ümumilikdə 447 müəllifin 10929 adda əl işi təqdim edilir.

Vurğulanıb ki, sərgi-satış yarmarkasında əvvəlki illərlə müqayisədə bu il iştirakçı qadınların sayı xeyli artıb.

Şuranın sədri Qəzənfər Abdullayev sərgi-satış işinə uğurlar arzulayıb.