Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və Aqrar Xidmətlər Agentliyinin aqrar sahə işçiləri üçün keçirdikləri müsabiqəyə yekun vurulub.
Müsabiqə “Ən yaxşı aqronom” (toxumçuluq üzrə), “Ən yaxşı aqronom” (bitki mühafizəsi üzrə), “Ən yaxşı baytar həkim”, “Ən yaxşı aqrokimyaçı”, “Ən yaxşı aqrobator”, “Ən yaxşı fumiqasiya mütəxəssisi” və “Ən yaxşı təlimçi” nominasiyaları üzrə aparılıb.
Mükafatlandırma mərasimində çıxış edən Agentliyin sədri Sərdar Hacıyev və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov 1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə əməkdaşları təbrik edib.
Qeyd olunub ki, məqsəd əmək fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün stimul yaratmaq, işçilərin sosial müdafiəsini yaxşılaşdırmaq, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssisləri üzə çıxarmaqdır.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb, onlara diplom və hədiyyələr verilib.