Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) təşkilatçılığı ilə Buzovna qəsəbəsinin dəniz sahilində “Təmizlik sağlamlıqdır” adlı ekoloji təmizlik aksiyası təşkil olunub.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan tədbirdə qurumun kollektivi, Azərbaycan Tibb Universiteti, 1 və 2 nömrəli Bakı Tibb kolleclərinin tələbələri iştirak ediblər.
İməclik zamanı üzvlər zəruri sanitar ləvazimatlarla təchiz olunaraq sahil zolağı plastik və digər tullantılardan təmizləyiblər və tullantılar aidiyyəti üzrə daşınıb.
Aksiyada iştirakçılara ekoloji təmizliyin vacibliyi, ətraf mühitin qorunması və dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlər barədə məlumat verilib.