Şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək

90

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Zəfər” futbol turniri keçirəcək.

Turnir aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl müəssisələr arasında dostluq və həmrəylik ruhunu gücləndirmək məqsədi daşıyır.

Sentyabrın 28-dən noyabrın 8-dək davam edəcək yarış Azərbaycan Futbol Federasiyaları Assosasiyasının hakimləri tərəfindən idarə olunacaq.