Naxçıvan Həmkarlar İttifaqları Şurasında vətəndaşlarla görüş olub

200

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri, AHİK-in sədr müavini Qəzənfər Abdullayev sentyabrın 13-də vətəndaşlarla görüş keçirib.

Görüşdə vətəndaşların müraciətləri dinlənilib, xüsusilə Vətən müharibəsi iştirakçılarının, qazilərin və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşılıb. Müraciət olunan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, əksəriyyəti isə yerindəcə həllini  tapıb.

Qeyd edək ki, səsləndirilən müraciətlər maddi yardım, müayinə-müalicə, iş və əmək münasibətləri, sanatoriya yollayışları habelə digər müxtəlif məsələlərlə bağlı olub. Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.