Naxçıvan Həmkarlar İttifaqları Şurasında şəhid ailələri ilə görüş keçirilib

230

Sentyabrın  4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Zülfü Rzayev və Birinci Qarabağ müharibəsi şəhidi Mahmud Zeynalovun ailələri ilə görüşüb.

Görüşdə hər iki şəhidin xatirəsi anılıb, döyüş yollarından söz açılıb. Şura sədri həmçinin şəhid ailələrinin müraciətlərini dinləyib, qayğıları ilə maraqlanıb.

Vətən müharibəsi şəhidi Zülfü Rzayevin atası Zülfəli Rzayevə müalicəsi üçün sanatoriyaya yollayış verilib. Birinci Qarabağ müharibəsi şəhidi Mahmud Zeynalovun həyat yoldaşı Fatma Zeynalovaya  isə müvafiq məbləğdə maddi dəstək göstərilib.