Əmək müfəttişi Aqrar Xidmətlər Agentliyində təlim keçirib

317

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin baş texnikli əmək müfəttişi Ramiz Hacıyev Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçib.

Təlimdə avtomatik qurğular, ilkin yağın söndürmə vasitələrinin istifadə zamanı təxliyə barədə agentlik əməkdaşlarına ətraflı məlumat verilib. Həmçinin əməkdaşlara yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliklə bağlı söhbət aparılıb, yanğın təhlükəsizliyi qaydaları tədbirlərinin pozulmasına görə əməkdaşların məsuliyyət və öhdəliləri qeyd olunub.

Agentlyin əməkdaşları üçün yanğın təhlükəsizliyi mövzusunda təşkil olunan təlimlər 1 həftə ərzində davam edəcək və ümumilikdə 250 əməkdaşın iştirakı nəzərdə tutulub.