Şəhid övladlarına məktəbli forması paylanılıb

245

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi şəhid övladlarına maddi-mənəvi dəstək göstərib.

Belə ki, Komitə tədris ilinin başlaması münasibətilə Azərbaycan ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidlərinin şagird övladlarına məktəbli forması paylayıb.

Qeyd edək ki, bu təşəbbüsdən orta təhsil müəssisələrində təhsil alan 920 şəhid övladı yararlanıb.