Bakı metropolitenində COP29-a dəstək aksiyasına teatrallaşdırılmış tamaşa ilə start verilib

205

Bakı metropolitenində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a dəstək məqsədilə “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsi əsasında ədəbi-bədii proqram üzrə tədbirlər silsiləsindən eyniadlı tamaşanın təqdimat gecəsi keçirilib.

Layihəyə metropoliten işçilərinin azyaşlı və yeniyetmə ailə üzvləri cəlb olunub. Maarifləndirici layihənin əsas məqsədi ictimaiyyəti ekoloji mühitin təmizliyi, təbiətin qorunması, yaşıl dünya naminə fəal olmağa və töhfə verməyə səsləməkdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Metropoliten İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə hazırlanmış tamaşanın ssenarisi ilə 6 fərqli səhnəcikdən ibarət tamaşada hər kəsə məlum, lakin mahiyyətinə diqqət edilməyən məsələlər faktlar və rəqəmlərin dili ilə təqdim edilib.

Tamaşa “İçərişəhər” stansiyasında nümayiş olunacaq və bu ssenari əsasında iki dildə fləşmoblar hazırlanacaq.