AHİK-in üzv təşkilatı ATİAHİ RK-nın sədri Araz Paşayev türkiyəli həmkarı ilə görüşüb

325

Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Araz Paşayev bildirib ki, ATİAHİ Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu beynəlxalq təşkilatlardan biri də türkdilli ölkələrdə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını birləşdirən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyidir. Eyni zamanda ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasında da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr mövcuddur.

Öz növbəsində Talip Geylan səmimi görüşə görə təşəkkürünü bildirib və Araz Paşayevi ATİAHİ Respublika Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib.

Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin gələcək fəaliyyəti, ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasındakı əməkdaşlığın daha da genişləndiriləməsi ilə bağlı fikir mübadiləsi aparılıb.