Zərdab və Ağsu rayonlarında toxum sərgi-satış yarmarkası keçirilib

362

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə Zərdab və Ağsu rayonlarında toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli  toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrdə ixtisaslaşmış yerli şirkətləri iştirak ediblər.

Zərdab Barama Emalı Məntəqəsi və Ağsu Dövlət Bayrağı Meydanında  keçirilən festivallarında qonşu rayonlardan olan fermerlər, zəhmətkeşlər də iştirak ediblər.

Festivalın açılışında yerli icra hakimyətlərinin rəhbərləri, Aqrar İnnovasiya Mərkəzinin direktoru eləcə də Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov da çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar. Bildirmişdir ki, il ərizində müxtəlif rayonlarda mütəmadi keçirilən bu festivalların məqsədi fermerlərlə istehsalçılar arasında birbaşa əlaqələrin yaradılmasından ibarətdir. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov həmkarlar təşkilatlarının hər zaman işçilərin yanında olduqlarını bildirmiş ,təsərrüfatçıları, zəhmətkeşləri əkin zamanı kefiyyətli sertifitkatlaşmış toxumlardan istifadə etməyə çağırmış, yeni təsərrüfat ilində onlara bol məhsul arzulamışdır.

Tədbirdə COP 29 tədbirinin priortetlərinə uyğun olaraq alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliklərinə davamlı meyvə-tərəvəz toxumları və məhsulları da sərgilənib.