Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

257

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi və “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birlikdə taxıl biçini dövründə elan etdiyi müsabiqəyə yekun vurulub.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov  və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov müsabiqənin məqsədi barədə məlumat veriblər. Qeyd olunub ki, əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəsislərin üzə çıxarılması və ruhlandırılması, taxıl biçini ilə bağlı ən yaxşı nümunələrin aşkara çıxarılmasından ibarətdir.

Seçim zamanı yüksək peşə hazırlığı, əmək intizamı və biçin dövründə əldə edilmiş nəticələr nəzərə alınıb. Tədbirin sonunda taxıl biçininin təşkili prosesinə həsr edilmiş müsabiqənin qalibləri elan edilib. Aqtrotexniki xidmətlər şöbəsinin əməkdaşı Hacıyev Ruslan “Ən yaxşı mütəxəssis”, Şabran Rayon Bölməsinin mexanizatoru Ərzimanov Ərziman “Ən yaxşı mexanizator”, Tovuz Rayon Bölməsinin əməkdaşı Ələkbərov Asəf “Ən yaxşı mühəndis”, Sabirabad Regional Nümayəndəliyinin direktoru Pənahov Qalib “Ən yaxşı bölmə rəhbəri” nominasiyası üzrə qalib elan ediliblər.

Qaliblər Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi tərəfindən diplom və mükafatlar ilə təltif olunublar.