“İlin Peşəkar Gənci” mükafatlandırılıb

411

Avqustun 7-də Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin əməkdaşları Göygöl rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutununda olublar. İnstitutun əməkdaşı, həmkarlar təşkilatının sədri Aytən Saləddin qızı Məmmədovaya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2023-cü il üzrə “İlin Peşəkar Gənci”  fəxri adına layiq görülüb. Birliyin təşkilat şöbəsinin mütəxəssisi Rəhman Vəliyev tərəfindən qalibə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanı, döş nişanı vəsiqəsi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi adından hədiyyələr təqdim olunub. Tədbirdə çıxış edən institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Mahir Hacıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə öz təşəkkürünü bildirib, həmkarların fəaliyyətindən razılığını ifadə edib.