“İlin peşəkar gənci” fəxri adı almış gənclərə mükafatlar təqdim olunub

276

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində neft sənayesində calışan, AHİK tərəfindən “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş gənclərə mükafatların təqdim olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan RK sədri C.Əliyev qeyd etmişdir ki, Dövlət Gənclər siyasətinin əsas istiqamətlərindən biri də istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ötən il ərzində bu sahədə müəyyən işlər görülmüş, əhəmiyyətli və məqsədyönlü tədbirlər həyata kecirilmişdir. Belə ki, Neft sənayesində baş verən texniki və mədəni tərəqqinin əhəmiyyətini nəzərə alaraq, RK Gənclər Şurasının fərdi tərkibi yenidən formalaşdırılmışdır. Sahə üzrə fəaliyyət göstərən gənclərin istedad və bacarıqlarının sosial-iqtisadi inkişafa səfərbər edilməsi, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi məqsədini daşıyır.
Sonda Fəxri ad almış gənclər çıxış edərək, onlara göstərilən etimada görə öz təşəkkürlərini bildirmiş, həmkarlar ittifaqının qayğısının və diqqətinin onların formalaşmalarında, gələcək motivasiyasında böyük rol oynayacağını vurğuladılar.